Bu şəhərin ulduzları,
Gecələr sayrışmayır.
Bu qəhərin al buzları,
Dənizə qovuşmayır.
Içimdəcə donub qalıb,
Xatirələr bulağı.
Ala gözlər sönüb qalıb,
Eşitməyir qulağı.
Səsləndikcə ayrılığın,
Kədər simfoniyası.
Pozulacaq məhəbbətin
Rəngli harmoniyası.
Fərəhi qəmə satmayan,
Dünya adi olacaq
Vüsal özü əlçatmayan,
Uzaq vadi olacaq.
Nə yolumuz düşəcəkdir,
Nə gəmimiz gedəcək.
Nə sevincim dönəcəkdir,
Nə qəmim ötüşəcək.
Kayıt Tarihi : 7.10.2019 15:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!