Bu şeherin Şiiri - Sevinc Arzulu

Bu şeherin

Bu şəhərin küçələri pərişan,
Ağlamağa göz yaşı da qalmayıb.
O qədər ki sən qoymusan nəm-nişan,
Səndən başqa sirdaşı da qalmayıb.

Məlul-məlul yollarına boylanır,
De hardasan, qaldın harda əzizim.
Arxanca hey danışıban haylanar,
Səni də ol intizarda,əzizim.

Bəlkə bir gün qayıdarsan geriyə,
Addımını əsirgəmə küçədən.
Xatirələr səninlə bir yeriyər,
Yatar şəhər, keçər xeyli gecədən.
15.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu