Bu şəhərin küçələri adamsız,
Bu şəhərin küçələri qəribdir.
Ağacların meyvələri çox tamsız,
Üstünə qəm qanadını gəribdir.
Bu şəhəri hönkür-hönkür ağlamaq,
Səcdəsinə diziüztə çökək biz.
Bu şəhərin yollarını bağlama,
Razı olma, göz yaşları tökək biz.
Bu şəhərin divarları qaladır,
Təkcə külək addımlayıb keçər də.
Bu şəhərin başında nə bəladır,
Kim bizə dost, kim də düşmən.Seçək də..
Bu şəhərin gözün virus qorxudub,
Bu görünməz bəlanı da adlarıq.
Nə zamansa karonanı unudub,
Olub-qalan tozunu da odlarıq...
Kayıt Tarihi : 8.6.2020 09:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!