Ay qızım atana, anana əhsən,
Bu qızın oduna yanana əhsən,
Bu qızın dərdini qanana əhsən.
Bu qızın ürəyi niyə yuxadır.
Qəm gəlir üstünə lap pələng kimi,
Xəyalı göylərdə çərpələng kimi.
Eləcə kövrəkdir kəpənək kimi,
Bu qızın ürəyi niyə yuxadır.
Bu qızın yanağı allanıb gedir,
Nazənin pəri tək sallanıb gedir.
Bu qızın fərmanı qollanıb gedib,
Bu qızın ürəyi niyə yuxadır.
Kayıt Tarihi : 29.4.2018 16:01:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/29/bu-qizin.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!