Bu qız Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu qız

Gəlişiylə payız-qışı yaz edər,
Qəm-kədərli keyfi belə saz edər.
Vallah,bütün oğlanlara naz edər,
Sallanıban gedənə bax,gedənə.

Yaman yelli,bu qız evi tikilmiş,
Gül siması ilahidən çəkilmiş.
Göz qamaşar,ağ mərmərdən tökülmüş,
Aman Tanrım,bədənə bax,bədənə.

Sevdiyiylə danışmamış,gülməmiş
Bir dəfə də göz yaşını silməmiş.
-“Yaxınlaşma mənə,elçi gəlməmiş”,
Dediyini edənə bax,edənə.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 16:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu