Ağrıdan bilmirəm yer nə, göy nədir,
Bilsən, yaralarım necə göynəyir.
Yosundan toxunmuş yaşıl köynəyi,
Otların üstünə sərib bax, hamı.
Bu qərib şəhərin qərib axşamı.
Könlün ayrılıqdan üşütməsə də,
Sözümü sayaraq eşitməsə də.
Alovu qəlbimi isitməsə də,
Kölgəsin üstümə gərib ağ şamım,
Bu qərib şəhərin qərib axşamı.
Məni həsrətindən etsən də xəstə,
Güllərdən adına bağladım dəstə.
Qumların üstündə gəzib ahəstə,
Əllərin bağımdan dərib ağ şanı,
Bu qərib şəhərin qərib axşamı.
Kayıt Tarihi : 6.10.2020 11:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Yazı oluşunca vatan, Kalem olmuş vatandaşı.
Nokta arayınca civan...Virgülü bulmuş yoldaşı
Kitabı yapmışlar vatan, Kelâm olmuş vatandaşı.
Yani.....bir soluk alalım dedik, hoşçakal demeden önce...
TEBRİKLER...yüreğinize sağlık sn şaire Sevinç ARZULU hanımefendi
Şiirlerinizi ve sizi destekliyorum....
En derin saygılarımla...başarılar dilerim...
Her şey gönlünüzce olsun..esen kalınız her daim.
TÜM YORUMLAR (1)