Bu qeder Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu qeder

Çiçəyin gülüşünü,
Bizimlə görüşünü.
Baharın gəlişini,
Bu qədər gözləmədik.

Durruq günəş doğalı,
Qaranlığı boğalı.
Paxlavanı, qoğalı
Bu qədər özləmədik.

Həsrətdə azdığının,
Qoşa xətt cızdığının.
Bəzən tərs yazdığını
Bu qədər sözləmədik.

Çatma qara qaşını
Ataq hicrin daşını.
Qəlbimizin başını
Bu qədər közləmədik.

Koronadan qorx, üşün,
Bir az dərindən düşün.
Xəstəliyin gedişin,
Bu qədər izləmədik.

Əfv diləyək Tanrıdan,
Qorusun dərd-bəladan.
Özümüzü hamıdan
Bu qədər gizləmədik.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.4.2020 09:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu