Geri yol yox, önümdədir sıldırım,
Sənsizliyin dərdin hara qaldırım.
Görəcəksən necə çaxır ildırım,
Min bir tufan qoparacam közümlə.
Həsrət yenə aramızda tül pərdə,
Allah, məni möhtac etmə namərdə.
Deyirlər ki səbrliyəm hər dərdə,
Qüssə gəlib tapar.Acam dözümlə.
Məndən özgə sevgili yar tanıma,
Göyü boş ver, dön qayıt gəl yanıma.
Xəzəl yığıb sarı çemodanıma,
Bu payızı aparacam özümlə.
Kayıt Tarihi : 25.4.2020 16:14:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/04/25/bu-payizi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!