Bu payız Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu payız

Bu payızın qiyməti yox, qədri yox,
Gecəsində çıxan ayın bədri yox.
Günlərinin öncəsi yox,ardı yox.
Eh, olanlar bu payıza olacaq.

Yaxşılardan əskik mənim nəyim ki,
Duran yerdə şad könülə dəyim ki?
Əllərimi qaldıraraq deyim ki,
Şeh dolanlar bu payıza qalacaq.

Rənglərindən oxunar hər arzusu,
Mələməz ki hər yetənə quzusu.
Bu il deyən bolhaboldur ruzusu,
Beh alanlar bu payıza, çalacaq.
26.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 08:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu