Bu payız çinarın kökü kesilib

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu payız çinarın kökü kesilib

Ətrafa baxanda qəlbi sıxıla,
Ömründən neçə gün bəlkə çıxıla.
Qorxuram baharın evi yıxıla,
Bu payız çinarın kökü kəsilib.

Yaşaram odların ölkəsində mən,
Yayda isti olan bölgəsində mən.
Hərdən otururdum kölgəsində mən,
Bu payız çinarın kökü kəsilib.

Nəğmə oxuyardı minbir yarpağı,
Bəs nədən pozuldu gözəl növrağı.
Bərk-bərk qucaqlayıb qara torpağı,
Bu payız çinarın kökü kəsilib.

Yenidən fidanın bir əkəni yox,
Dibinə bulaqdan su tökəni yox.
Sevərək qayğısın heç çəkəni yox,
Bu payız çinarın kökü kəsilib.

Qeydinə qalarsan sən hər ağacın,
Olmaz ürəyində heç ağrın-acın.
Palıda qalıbdır indi əlacım,
Bu payız çinarın kökü kəsilib.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.7.2023 10:28:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu