Bu payız ağlayar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu payız ağlayar

Ulduzlar səmanı hey gümüşləyib,
Bütün yer üzünü göy gülüşləyib.
Soyuq iliyinə elə işləyib
Bu payız ağlayır bahardan ötrü.

Gah yoldan ötənə təbəssüm satır,
Gah da ki kədərin qoynunda yatır.
Elə qüssələnir, qan-tərə batır,
Bu payız ağlayır bahardan ötrü.

Hər yaşıl yarpağa sarı rəng verər,
Xəzəli xalı tək torpağa sərər.
Yatar, yuxusunda görən nə görər,
Bu payız ağlayar bahardan ötrü.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.10.2017 15:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu