Bu kadının. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu kadının.

Bu qadının ilk baxışı
Son baxışdan fərqlimi.
Qaraya çalan naxışı.
Od-atəşə qərqdmi.

Bu qadının intizarı,
Bir görüşdən soyumur.
Açılıbdır qəm bazarı,
Kədərindən doyulmur.

Ayrılığın piyaləsi
Bu qadınçun içilmiş.
Qara rəngli qiyafəsi,
Çoxdan uzun biçilmiş.

Nə qaranı ağ edəni,
Nə də naxış vuran var.
Nə qalıbdır sağ gedəni,
Nə yolunda duran var.

Bu qadının məzarını.
Diri-diri qazan yox.
Bilən varmı azarını,
Dərmanını yazan yox.

Bu qadının gündüzləri
Gecə kimi pərişan
Bu qadının üzündəki
Xallarmıdır sayrışan

O xalın hər dənəsində
Ayrılıq var, acı var.
Ağlar gözün giləsində
Ayrılığın tacı var.

Bu qadının dönərgəsi,
Deyən çoxdan dönübdür.
Qəlbində qəm düşərgəsi,
Işıqları sönübdür.

Hörüb yelin uclarını,
Qar tək bəyaz dən qurudub.
Bu qadının saçlarını,
Bulud yuyub, çən qurudub.

Üşüdürmü səhər yeli,
Qamətini, belini.
Elə bil ki zəhər yeyib,
Bəyazlaşmış telini.

Bu qadının intiqamı,
Ağır olur, sərt olur.
Arzuların ittihamı,
Ürəyinə dərd olur.

Bu qadının sevgisini,
Bənövşələr aparıb.
Ürəyinə sevgi sinib,
Zəmanədən qoparıb.

Sevinc Arzulu
Kayıt Tarihi : 18.3.2020 12:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu