Bu hesretin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu hesretin

Bu həsrətin əvvəli qəm olub ki,
Bu həsrətin sonu yoxdur, bilirəm.
Ayrılıqlar bir yerə cəm olub ki,
Göz yaşları həddən çoxdur, bilirəm.

Biz qaytara bilmərik ki geriyə,
Ölanları, bitənləri əzizim.
Xatirələr ayaq tutub yeriyər,
Tapammarıq itənləri,əzizim.

Ilk görüşün sevincini dadmamış,
Ayrılığın son nəğməsi çalındı.
Deyən fərəh üstümüzdən addamış,
Səs salmayıb,çün ayağı yalındı.

Biz qorxmadıq qayaların zəhmindən,
Zirvələri görüş yeri seçmişdik.
Almadıq ki Əzrailin səhmindən,
Aldanacaq yaş dövrünü keçmişdik.

Indi mənim arzularım bəstədir,
Can atıram böyüməyir boyları.
Indi mənim ürəyim də xəstədir,
Gözləmirəm daha nişan-toyları.

Çürüyübdür ümidlərin salxımı,
Dərməyimin qalmayıb ki faydası.
Oyanırdım səhər günəş qalxımı,
Buydu mənim həyatımın qaydası.

Sənsiz inan, qanunlar da dəyişib,
Yazılıbdır yeni qanun-məcəllə.
Fələk yenə mənim ilə əyişib,
Gecə-gündüz oynayıram əcəllə.

Sən gedəli boş qalıbdır güldanım,
Kim qoyacaq ora nərgiz, yasəmən?
Qara rənglə açılır bax, sübh danım,
Gün çıxandan,eh, batıram yasə mən.

Ayrılığın olarmı ki sonucu,
Ayağının altında al gəbədi.
Sənsiz həyat inan ki çox yorucu,
Mən yanına gələcəyəm əbədi...
Saat 08.21 22.05.2020.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.5.2020 07:28:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Dilruba Emine Genç
    Dilruba Emine Genç

    Ey şiir gözüme değil gönlüme iliştin, sevdim seni

    Cevap Yaz

TÜM YORUMLAR (1)

Sevinc Arzulu