Intizar içində qalıb qayğılar,
Azalıb əvvəlki hörmət, sayğılar.
Nəğmə oxudacaq bitməz duyğular,
Bu gecə yuxumu qarışdırmışam.
Səhhətim əl vermir, qocalmışam ki,
Fələyin özündən bac almışam ki.
Astaca səmaya ucalmışam ki,
Bu gecə yuxumu qarışdırmışam.
Bir şanlı tarix də yazıldı bəlkə,
Mərmər üzərinə cızıldı bəlkə.
Susmamaq özü də qızıldır bəlkə,
Bu gecə yuxumu qarışdırmışam.
Sahili gəzirəm,ümman çəkilib,
Gəmim yan almayır, liman çəkilib.
Gözlərim dərinə yaman çəkilib,
Bu gecə yuxumu qarışdırmışam.
Ürəyim sıldırım daşına dönsün,
Ildırım düşmənin başına dönsün.
Gözümü qaldırım.Yaşına dönsün.
Bu gecə yuxumu qarışdırmışam.
Sözüylə əməli düz gəlməyir ki,
Qarğış eləyərdim.Üz gəlməyir ki.
Minini verdiyim yüz gəlməyir ki,
Bu gecə yuxumu qarışdırmışam.
Üstümə ilanlar hücuma gəlir,
Kiminsə söhbəti gücümə gəlib.
Ulduzlar axışıb ovcuma gəlib,
Bu gecə yuxumu qarışdırmışam.
Qarşımda durubdur balaca bir köy,
Çınqılla yavaşca qapısını döy.
Gümüşün rənginə bürünüb yer-göy,
Bu gecə yuxumu qarışdırmışam.
“Mehriban”dostlarım yanlayar məni,
Səbəbli-səbəbsiz danlayar məni.
Təkcə sənin ruhun anlayar məni,
Bu gecə yuxumu qarışdırmışam.
Kayıt Tarihi : 5.12.2021 18:08:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!