Bu gece qezel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu gece qezel


Nədən tez saralıbdır mənim sünbüli- süsənim,
Niyə barışmaz oldu tez-tez inciyib küsənim.
Gözümdən göz çəkməyib daim qarşımı kəsənim,
Olacaqdır ulduz tək nurla sayrışan bu gecə.

Ilahi necə rəva gördü bu dərdi-zülümü,
Açmamış soldurdular mənim qönçeyi-gülümü.
Gizlicə alovlanıb yandım,görmədin külümü,
Tək mənəm deyən gülüm,oda qarışan bu gecə.

Səni qəmləndirən de, saçıma yağan qarmıdır,
Göyündə qanad çalan qartalmıdır,ya sarmıdır.
Görəsən kainatda,gülüm, yenə də varmıdır,
Hicri-həsrət odunda mən tək alışan bu gecə.

Üzümə açıq olub həmişə bütün qapılar,
Namərdin bir sözündən sevən ürəyim çapılar.
Mən ki belə görürəm deyəsən çətin tapılar,
Bu açıq imtahanda mənlə yarışan bu gecə.

Yar ilə aramıza vüsaldan körpü salaram,
Söyləsə”öl”-ölərəm,”qal” da desə mən qalaram.
Min dillə dindirərəm,incimiş könlün alaram,
Yalnız Sevinc olacaq yarla barışan bu gecə.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu