Bu eşq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu eşq

Dalğalanar dənizim,
Saralar ağ bənizim.
Bilirəm ki əzizim,
Sonda bitəcək bu eşq.

Xatirələr qonuşsa,
Acı həsrət sovuşsa.
Bülbül gülə qovuşsa,
Onda ötəcək bu eşq.

Gedərəm hara olsa,
Dərdimə çara olsa.
Rəngi zil qara olsa,
Fonda itəcək bu eşq.

Çay axar, dibi dayaz,
Üşüdər bizi ayaz.
Vüsalına bəmbəyaz,
Donda yetəcək bu eşq.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.3.2023 07:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu