Bu dünyadan Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu dünyadan

Bağladılar bazarımı,
Bilmədilər azarımı.
Dərin qazın məzarımı,
Həmdəmim olsun Yaradan,
Mən gedirəm bu dünyadan.

Hər bir sözü düzgün oldum,
Ala gözü süzgün oldum.
Axır vaxtlar üzgün oldum,
Ayrılmaram bu röyadan,
Mən gedirəm bu dünyadan.

Ömrüm döndü coşqun selə,
Uymadım kələyə,fe`lə.
Qədər niyə yazdı belə,
Olmaz yuxudan oyadan,
Mən gedirəm bu dünyadan.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu