Baxışlarım çiçək dərir,
Ləçək-ləçək yerə sərir.
Buzum yavaş-yavaş ərir,
Kölgəm üstə gün düşəli.
Bu nə dövran, nə həyatdır,
Eşq sözləri çox boyatdır.
Sənsiz yaman narahatdır,
Dəli könül əndişəli.
Ömrüm vardır qara-ağlı,
Günüm vardır kədər çağlı.
Evim vardır ağzıbağlı,
Hər tərəfi boz şüşəli.
Kayıt Tarihi : 29.6.2018 07:25:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/29/boz-suseli.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!