Böyük kardeşime Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Böyük kardeşime

Nə deyim, dinim qardaş,
Imanım-dinim qardaş.
Səni ananda artır,
Mərəzə kinim, qardaş.

Qəlbin həzin bəmisən,
Dərdlərimin cəmisən.
Arzularım bir dəniz,
Batıb qalmış gəmisən.

Ucadır dərd hasarı,
Boyaq vurma ha, sarı.
Yenə dost olmayacaq,
Sən fələyə ha sarıl.

Fərəhi kəm eyləmə,
Gözünü nəm eyləmə.
Azacıq da sevinc qat,
Günümü qəm eyləmə.

Dağların lalası mən,
Alınmaz qalası mən.
Fələk yaman qucaqlar,
Istəkli balası mən.

Qüdrətli dil ası mən,
Torpağın gil ası mən.
Elə yenilməzəm ki,
Dünyanın xilası mən.

Sevdanın qaydası yox,
Gizlini, daldası yox.
Bunca dərdi-kədərin,
Vüsala faydası yox.

Ulduzun axışında,
Qəribə naxışında.
Görən nəyi dəyişdim,
Dünyaya baxışında.

Kədərin kölgəsində,
Qaranlıq bölgəsində.
Yaman yerim görünür,
Xoşbəxtlər ölkəsində.

Həsrət, açma qutunu,
Çoxdur onun tutumu.
Birdəfəlik qırılsın,
Ayrılığın sütunu.

Dağların dözümü var,
Alışar,közümü var.
Görən xoşbəxtliyimdə
Fələyin gözümü var.

Sellərin cəngi qara,
Suların rəngi qara.
Fələk məni arayır,
Eh, gəlsin zəngi qara.

Kədər gedən oldu, gəl,
Yaxşı edən oldu, gəl.
Sənsiz qara sevdalın,
Ruhsuz bədən oldu, gəl.

Sinəmin daşı qara,
Gözümün yaşı qara.
Hicran məni tanıdı,
Gəlsin yaddaşı qara.

Sular duruldu, neynim,
Bəndi quruldu, neynim.
Yolun düz gedən həsrət,
Bizə buruldu, neynim.

Ağacın bağı yaşıl,
Kipriyi, qaşı yaşıl.
Sinəmə od vurubdur,
Həsrətin daşı yaşıl.

Andına, amanına
Vaxtına, zamanına.
Fələk özü ox qoyub,
Zalımın kamanına.

Qızılgülü qoxlayım,
Ləçəkləri yoxlayım.
Fələk, göstər sinəni,
Mən də vurub oxlayım.

Yol gəlir mənə sarı,
Sis gedər çənə sarı.
Dərddən necə qurtulum,
Bax, gəlir mənə sarı.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.11.2019 07:30:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu