Çay tək yatağından enib axmadın,
Şimşək tək səmamda qəfil çaxmadın.
Bir dəfə geriyə dönüb baxmadın.
Sənin əvəzinə yollar boylanır.
Məni uzaqlara fikir aparır,
Dilimdən düşməyən “şükür” aparır.
Masmavi səmaya zikr aparır,
Tanrı dərgahına qollar boylanır.
Sən həsrət qalmısan gözəl röyaya,
Fərəhlə baxmırsan nurlu dünyaya.
Çəmənin bənzəyir susuz səhraya,
Hər yerdən qupquru kollar boylanır.
30.07.2015
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 06:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!