Kim deyir bəxt mənlə olub səmimi ,
Daima artırıb dərdi-qəmimi.
Gündüzdən gecəyə atsa gəmimi,
Günəşdən nur alıb aylanacağam.
Sevərək sevilmək deyil ki eyib,
Şairlər eşq haqda kəlamlar deyib.
Vəslin tül libasın əynimə geyib,
Qara qış günündə yaylanacağam.
Söz dünyam yaranıb məndən irəli,
Hüzn, ələm gələr dəndən irəli.
Dayanıb bir addım səndən irəli,
Dönüb keçmişimə boylanacağam.
Mənim nə yaxşı ki sənsizliyim var,
Söykənib çiyninə yol gedirəm mən.
Məni hey çağıran çənsizliyin var,
Baxmıram nə tikan, kol.Gedirəm mən.
3.01.2013
Kayıt Tarihi : 9.6.2018 17:30:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!