Dünya özü boyda yalan,
Qəlb evimi etdi talan.
Kimdi qəmi məndən alan,
Deyən sərxoşdu könlüm.
Şeir yazmaq vərdişi nə,
Sözlə çəkdiyi nəqşi nə.
Özünün nakam eşqinə,
Ağılar qoşdu könlüm.
Pərvanə tək oda düşdü,
Bəxtinə qan-qada düşdü.
Ötən günlər yada düşdü,
Yenə də coşdu könlüm.
İnsan ömrü qəmli kitab,
Hər oxuyan gətirməz tab.
Bilirəm çəkdiyin əzab,
Özünə xoşdu,könlüm.
Mən gah göyəm,gah da yerəm,
Çətin yada salam verəm.
Qorxuram,göz açam,görəm
Sevgisiz,boşdu könlüm.
Kayıt Tarihi : 14.6.2018 10:00:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!