Boşalmasın qədəhlər
Bu gecə bir qadın ağlıyacaq..
Qədəhlərin sayını artırın,
bu gün həm onun yerinə,
həm öz yerimə içəcəm.
Doldur düşüncələrimi içinə,
içim bir nəfəsdə.
Qoy dura bilmiyim ayaq üstə.
Hər addımımda sökülsün bağları,
dizlərimin.
Bilirsən,
içəndə önəmi qalmır,
geridə qoyduğum sənsən ya ayaq izlərimdi.
İçəcəm.
İçki ilə boğacam içimdəki məni.
Qoy o da sərxoş olsun,
o da unudsun,
o da uyuşsun.
Əlləri axtarmasın kömək,
tutunmadan ayaqda dursun.
Önəmli olmasın ölmək.
Bilirsən,
içəndə önəmi qalmır,
ağrıdan sevgi ağrısıdı yoxsa kötək.
Bu şüşəyə danışacam hər şeyi.
Hər dəfə süzüldükcə qədəhlərə,
qoy fərqli dadsın.
Geyinsin əyninə bütün pislikləri,
parçalasın tüstü ciyərlərimi.
Getməyim heç yerə.
Gedə bilməyim.
İçim,
İçim sənə görə.
Tanrıya da gətirin bir qədəh.
İçək onun sağlığına.
Sərxoş bir əyyaş olsun tanrım
Bilirsən,
İçəndə önəmi qalmır,
doludu yoxsa boşdu yanım.
Elcan Bayram
(Ekim 14, 2012)
Kayıt Tarihi : 25.2.2018 21:16:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!