Məşuqən su sonasıdır,
Sənsizlikdən donasıdır.
Iki uşaq anasıdır,
Gəlməyirsə xoşa, getsin.
Arvadını boşa getsin.
Aç ağzını, yum gözünü,
Eşələmə heç közünü.
Ürəyində qoy sözünü,
Imkan vermə coşa, getsin.
Arvadını boşa getsin.
Danış, çox getmə dərinə,
Asi çıxarmı ərinə.
Qoymusan eşşək yerinə,
Söyləginən “Hoşa” getsin.
Arvadını boşa getsin.
Atalar düz deyiblər e,
Açılacaq eyiblərin.
Sənin gözəl Leylilərin,
Qoşa gəlsin, qoşa getsin.
Arvadını boşa getsin.
Uzaq getməz uyğular ki,
Şahə qalxmaz duyğular ki.
Bircə kəlmə vurğula ki,
“Oxun dəydi daşa”.Getsin.
Arvadını boşa getsin.
Kimisiyçün ani dünya,
Gah mərd, gah da cani dünya.
Beşgünlükdür fani dünya,
Özün üçün yaşa getsin.
Arvadını boşa getsin.
Nə lazımdır bu qadına,
Ləkə gətirməz adına.
Yetməsin heç muradına,
Ümidin vur daşa, getsin.
Arvadını boşa getsin.
Kayıt Tarihi : 27.3.2022 08:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!