Hey axtarır gözüm kimi,
Alışaram közüm kimi.
Indi mənə özüm kimi,
Dərdi-səri bilən gərək.
Yaşa ömrün hədərini.
Tanrı yazıb qədərini.
Fərəhini.kədərini,
Mənim ilə bölən gərək.
Dəniz tək coşub çağlaram,
Qəmin yolunu bağlaraM.
Adicə sözdən ağlaram.
Göz yaşımı silən gərək.
Çiçək bitməz gül kolunda,
Tikan sağında-solunda.
Mənim kimi dost yolunda,
Həlak olub ölən gərək.
Eşq şərabın su tək içən,
Yolunda canından keçən.
Çiçəyi çiçəkdən seçən,
Sevinc kimi kölən gərək.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!