Mövlam mənə gör neynədi,
Yaralarım çox göynədi.
Hislərimi kül eylədin.
Mən səninlə öldüm, zalım.
Dərd var hicrdən betər ki,
Harayıma kim yetər ki.
Bundan sonra nə bitər ki,
Xəzan vurmuş çöldüm, zalım.
Ayrılığa dözmək olmur,
Düyününü çözmək olmur.
Sularında üzmək olmur,
Səthi donan göldüm, zalım.
Əzizim, tanı dünyanı,
Öldürən cani dünyanı.
Bizim bu fani dünyanı.
Tək səninlə böldüm, zalım.
Kayıt Tarihi : 6.10.2020 11:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!