DOğma,əzizdir,
Su tək təmizdir.
Mavi dənizdir,
Bizim musiqı.
REklam nə lazım,
Baharım,yazım.
Kamanım,sazım,
Bizim musiqi.
Mİn lad oxuyar,
Ətir qoxuyar.
Çələng toxuyar,
Bizim musiqi.
FAteh tək durar,
Göyə baş vurar.
Qəlbdə yurd qurar,
Bizim musiqi.
SOLmaz çıçəkdir,
Arzu, diləkdir.
Dünyada təkdir,
Bizim musiqi.
LYAsı layla,
Mərdliyə haylar.
Bol sevinc paylar,
Bizim musiqi.
SIlinməz qəlbdən,
Doğular təbdən.
Düşməz heç dəbdən,
Bizim musiqi.
Kayıt Tarihi : 30.6.2018 17:46:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!