Payızdan seçilməyir,
Bu ev kimin evidir.
Özü də heç bilməsin,
Qəfil onu sevindir.
Qapısını aç, oxşa
Balaca cəftəsini.
Uçular bir gün, yoxsa
Keçirmə həftəsini.
Otaqları gəz, dolan
Istisini hiss elə.
Qulağında səs olan,
Ocağını his elə.
Yandır, qoy bacasından
Göyə qalxsın tüstüsü.
Bir olan hecasından,
Səni qarssın istisi.
O, bizim doğma evdir,
Üzü gülsün həmişə.
Gəlişinlə sevindir,
Baxsın üzü günəşə....
Kayıt Tarihi : 12.3.2020 13:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!