Göy səmada uçan durna qatarı,
Söylə görüm, bizim ellər yerində.
Daha yoxdur ürəyimin tutarı,
Söylə görüm, bizim ellər yerində.
Görünməyir bu dağların ucası,
Uçub evlər, yox qapısı-bacası.
Qalmayıbdır nə cavanı-qocası
Söylə görüm, bizim ellər yerində.
Fələk mənim sönməyimi gözləyir,
Göydən yerə enməyimi gözləyir.
Vətən mənimdönməyimi gözləyir,
Söylə görüm, bizim ellər yerində.
Kayıt Tarihi : 28.6.2018 06:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!