Bizim analarımız Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3784

ŞİİR


28

TAKİPÇİ

Bizim analarımız

Biz onların övladı,
Sevindirmərik yadı.
Müqəddəs bir dünyadı,
Bizim analarımız.

Bir sinifdə oxuyub.
Tikmə tikib, toxuyub.
Çiçək ətri qoxuyub,
Bizim analarımız.

Neçə övlad böyütdü,
Xan çinardı, söyütdü.
Nəsihətli, öyüdlü
Bizim analarımız.

Bu nə duyğu, həvəsdi,
Dünya sanki qəfəsdi.
Cənnətinə tələsdi,
Bizim analarımız.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.1.2026 11:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!