Gecələrin zülmətindən
Gündüzlərin möhnətindən.
Əlli ilin həsrətindən,
Bezdik daha.Görüşdük.
Seçim gözəl kəlmələri,
Doğmaları, gəlmələri.
Düyünlənmiş ilmələri,
Çözdük daha.Görüşdük.
Ayrılıq durmasın qəsdə,
Göz yoldadır, qulaq səsdə.
Bol yeməyi süfrə üstdə,
Düzdük daha.Görüşdük.
Qızaracaq qızılı dan,
Canlanacaq torpaq o an.
Əlimizi ayrılıqdan,
Üzdük daha.Görüşdük.
Yandıraq gur işıqları,
Yığaq toya aşıqları.
Xoşbəxt görək uşaqları,
Süzdük daha.Görüşdük.
Ulduzlar ay kənarında,
Istəsən say kənarında.
Sahildə, çay kənarında
Izdik daha.Görüşdük.
Həzin-həzin çalar kaman,
Yarım əsr ayırdı aman.
Mən Sevincəm, sənsə Hicran,
Bizdik daha.Görüşdük.
Kayıt Tarihi : 25.7.2021 06:13:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!