İlk məhəbbət unudulmur düz, gülüm,
Yenə məni lal baxışla süz, gülüm,
Demirəm ki ümüdini üz, gülüm,
Bir gün gələr, görüşərik biz yenə.
Aşiqləri həsrət ayrı salıbdı,
Hicran sanki qisasını alıbdı,
Adın daim ürəyimdə qalıbdı,
Bir gün gələr, görüşərik büz yenə.
İllər keçər, biz də, gülüm, qocallıq,
Ahıllığın zirvəsinə ucallıq.
Əzrailin özündəncə bac allıq,
Bir gün gələr, görüşərik biz yenə.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:36:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/biz-yene.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!