Döndük zərbi-misala,
Ayaq basdıq qumsala.
Çatdıq bəyaz vüsala,
Biz payız görmədik ki...
Şaxtanın yolu düşdü,
Günəşin solu düşdü.
Qar yağdı, dolu düşdü,
Biz payız görmədik ki...
Gəncdik, göyə ucaldıq,
Zəmanədən bac aldıq.
Saç ağardı,qocaldıq,
Biz payız görmədik ki...
Köhnəldi gəbələr də,
Boy atdı bəbələr də.
Böyüdü nəvələr də,
Biz payız görmədik ki...
Gün kölgəyə nuş oldu,
Uçub gedən quş oldu.
Birdən- birə qış oldu,
Biz payız görmədik ki...
Kayıt Tarihi : 22.9.2025 05:41:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!