Yenə əsir acı külək,
Imkan vermir deyək-gülək.
Əl çəkmirsən bizdən, fələk,
Bitmədimi sual-sorğun?
Varlığını yoxa vuran,
Sinəsini oxa vuran,
Gah nala, gah mıxa vuran,
Bilinməz ki yalan-doğrun.
Ovçu gəzəndə boş-bekar,
Toruna düşməz ki şikar.
Vüsal gedəndə aşikar,
Həsrət gələr gizlin, oğrun.
14.12.2018
Kayıt Tarihi : 23.12.2018 15:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!