Birlşmyib yolumuz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Birlşmyib yolumuz

Yığıb dostu, tanışı,
Başı yaman qarışıb.
Nə birdəfə danışıb,
Dilləşməyib solumuz.

Zirvəyə çən çökərək,
Yağışla tən tökərək.
Torpağa dən əkərək
Əlləşməyib qolumuz.

Demə, yadından çıxıb,
Həyat onu çox sıxıb.
Dostum,bizsiz darıxıb,
Cırlaşmayıb kolumuz?

Göyün üzü ayazdır,
Gölün suyu dayazdır.
Yağdığı tək bəyazdır,
Kirləşməyib dolumuz.

At üstdə naşı gedir,
Deyən yüzbaşı gedir.
Elə yanaşı gedir,
Birləşməyib yolumuz.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.12.2021 07:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu