Ürək ilə,səmimi,
Kədərimi,qəmimi
Biç dərd-möhnət zəmimi,
Biçinci,başına dönüm.
Göydən dolu tökülər,
Zülmün evi çökülər.
Başa gələn çəkilər,
Bilici,başına dönüm.
Fələk atını çapar,
Ovun axtarar,tapar.
Məni yanına apar,
Birinci,başına dönüm.
Kayıt Tarihi : 20.6.2018 07:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!