Deyirlər böyükdür dəvə də fildən,
Ayrılıq fərqlənmir düşgün səfildən.
Bu axşam qapımı döyüb qəfildən,
Nədən açan kimi girdin, xatirə
Vüsalı doyunca süzəmmirəm ki,
Həsrəti ağırdır, dözəmmirəm ki,
Iki əsr olar, çözəmmirəm ki,
Pərdəyə bürünmüş sirdin, xatirə.
Xəyallar ağlımı əldən alıbdır,
Kədər də yolunu bizdən salıbdır.
Dünyamız yamanca çaş-baş qalıbdır,
Mənimçün hamısı birdir,xatirə.
Kayıt Tarihi : 29.4.2018 16:28:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!