Birce bendlik darıxmaq Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Birce bendlik darıxmaq

Özünü öyər insan,
Haqsızı əyər insan.
Güclüyəm deyər insan,
Bükülməyən biləklə.

Tez yola salınmayaq,
Hər sözdən alınmayaq.
Imtahan olunmayaq,
Təki quru çörəklə.

Bəzən belədir həyat,
Sıxar bizi kainat.
Yenə də yaşat, yarat
Min arzu, min diləklə.

Görməyin ağrı-acı,
Başda şeriyyət tacı.
Təbrik edirik, bacım
Səni güllə-çiçəklə.

Artır dözüm-tabını,
Gur söylə xitabını.
Brincii kitabını,
Alqışlarıq ürəklə.
09.08.2021.

Sevgi hissi özəldir,
Hər anı şer, qəzəldir.
Bilsən necə gözəldir,
Yarı görcək karıxmaq,
Bircə bəndlik darıxmaq...

Sevinc Arzulu
Kayıt Tarihi : 29.8.2021 09:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu