Lap erkəndən oyanırsan,
Bəyaz nura boyanırsan.
Qapımıza dayanırsan,
Sübhün gözü açılmamış.
Bənzər quru, susuz dağa,
Çətin bura yağış yağa.
Elə bil ki bu torpağa,
Günəş nuru saçılmamış.
Dostlar keçər sərhəddimdən,
Düşmənlərim şər həddində.
Dərddən əyilər qəddim də,
Qəmdən uzaq qaçılmamış.
Uzaq gəzmə, qadan alım,
Yoxsa fəna olar halım.
Nə yaxşı ki əğyar zalım,
Ən gözəl qız seçilməmiş.
Demirəm ki yandırıb yax,
Deyirəm ki su olub ax.
Ikimizi gözləyir, bax
Bir yol var ki keçilməmiş.
Kayıt Tarihi : 5.12.2021 17:58:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/12/05/bir-yol-var-ki.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!