Oığılcıma köz demişdim,
Ayrılığa döz demişdim
Mən ki sənə söz demişdim,
Bir quranlıq...
Hicrin gözün oyub getdin,
Dərd çəkməkdən doyub getdin.
Geridə nə qoyub getdin,
Bir viranlıq...
Ürək səndən keçməyir ki,
Qəm zəmisin biçməyir ki.
Gözü işıq seçməyir ki,
Bir toranlıq...
Kayıt Tarihi : 19.7.2018 08:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!