Gündüz qayğılarımın,
Gecə uyğularımın,
Sonsuz duyğularımın,
Bir tək hakimi sənsən.
Qəmi dəstə könlümün,
Dərdi bəstə könlümün.
Tənha, xəstə könlümün,
Bir tək həkimi sənsən.
Sayğılı çörəyimin,
Qayğılı gərəyimin,
Duyğulu ürəyimin,
Bir tək çəkimi sənsən.
Yalan olan xülyamın,
Doğru çıxan röyamın,
Mənim könül dünyamın,
Bir tək sakini sənsən.
Söz sehrdir, tilsimdir,
Açmasısa sim-simdir.
Təsdiqi munisimdir,
Bir tək lakini sənsən.
Kayıt Tarihi : 11.3.2023 07:37:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!