Bir tebib yox bu yarayı bağlaya.

Humay Zahirkızı
1

ŞİİR


0

TAKİPÇİ

Bir tebib yox bu yarayı bağlaya.


Görüş yeri gül çiçəyin dəstəsi,
Məndə oldum sonsuz eşqin xəstəsi,
Bilməzdim ki, buna nəzər dəyəsi,
Xəstə olsam yatağımda ağlaya,
Bir təbib yox bu yarayı bağlaya.

Daha bəsdir fəda etdin özünü,
Ağlama yaş kor etməsin gözünü.
Bilmək istəyirsən sözün düzünü?
İstəməzdim bu sənidə dağlaya,
Bir təbib yox bu yarayı bağlaya.

Kipriyin altından min məna baxır,
Qəlbimdən qəlbinə bir ləçək taxır.
Yanağımdan bir cüt incə yaş axır.
Qoyma onlar selə dönə çağlaya,
Bir təbib yox bu yarayı bağlaya.

Bu həyatda sevilən çox sevən çox.
O bir oddur ürəklərə batan ox.
Mən məhəbbət xəstəsiydim çarə yox.
İstəməzdim hərkəs belə ağlaya,
Bir təbib yox bu yarayı bağlaya.
Humay Zahirkızı

Humay Zahirkızı
Kayıt Tarihi : 2.5.2021 19:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
ÖNCEKİ ŞİİR
SONRAKİ ŞİİR
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Humay Zahirkızı