Bir Söz Şiiri - Yorumlar

İlqar Fehmi
1

ŞİİR


0

TAKİPÇİ

Bir söz de mene, ey gözü yaşlım, nese bir söz,
Qelbimden axan qanımı belke kese bir söz
.
Dondurma meni, istemirem ruhum içinde,
Her gün üşüyüb titreye bir söz, ese bir söz.

Bezdirdi sükut, çal üreyin penceresin ki,

Tamamını Oku
  • Mustafa Şahin
    Mustafa Şahin 09.05.2014 - 12:41

    Yunus Emre'nin 'izleri' ve 'etkisi' görülüyor Şairimizde.Kutluyor,başarılarının sürekliliğini diliyor,saygı,sevgi ile muhabbetlerimi sunuyorum. Dostlukla.(MŞ).

    Cevap Yaz
  • Xalide Efendiyeva
    Xalide Efendiyeva 09.05.2014 - 10:53

    Itmiş kimiyəm

    Mən ki zülmət gecələrdə azıb itmiş kimiyəm,
    Öz yanımdan da gözüm görməyib ötmüş kimiyəm

    Necə dərin yara vursan da mənə ağrısı yox,
    Yaramı özgə öpüşlərlə keyitmiş kimiyəm,

    Demə buzdur ürəyin, məndə ürəkdən yox əsər,
    Onu bir isti xəyanətdə əritmiş kimiyəm.

    Nəfəsimdə daha əvvəlki odu axtarma,
    Baxma yanındayam, amma elə getmiş kimiyəm.

    Əbədi musiqi yox, mən də sənin ömründə
    Qəmli bir mahnı idim ki daha bitmiş kimiyəm.

    Olduğundan ki böyük zənn eləmişdim səni mən,
    Ondan ötrü sənə dünyanı dar etmiş kimiyəm.

    Söyləmə dərdini Fəhmi, bilirəm hər şeyi mən
    Deməmişdən elə zənn eylə eşitmiş kimiyəm.

    Ilqar Fehmi

    Cevap Yaz
  • Xalide Efendiyeva
    Xalide Efendiyeva 09.05.2014 - 10:51

    Aruz

    Dünya qəmini, vaxt ola, çiynimdən atardım,
    Getsəydi, bu dünyanı beş-on şeyrə satardım,
    Dünyanı beş-on şeyrə satardım
    və yatardım.

    Səndən qaça bilsəydim əgər, sənsiz həyatı
    Əvvəl acı dərman kimi ehmalla dadardım,
    Dərman kimi ehmalla dadardım
    və udardım.

    Bir qırmızı paltarlı qadınçün gecə yarı
    Bir qırmızı yanğıyla yuxumdan oyanardım.
    Yanğıyla yuxumdan oyanardım
    və yanardım.


    Son dəfə mənimçün gözünün yaşı axardı,
    Göz yaşını son dəfə öpüşlərlə silərdim,
    Son dəfə öpüşlərlə silərdim
    və ölərdim.

    Bir gün səni də yadlara xoşluqla verib mən
    Sonra durub ardınca xəcalətlə baxardım,
    Ardınca xəcalətlə baxardım
    və baxardım.

    Ilqar Fehmi

    Cevap Yaz
  • Xalide Efendiyeva
    Xalide Efendiyeva 09.05.2014 - 10:49

    Bu gecə

    Gedirəm, gözlərimi bağla mənimçün bu gecə
    Yoxdu bir ağlayanım, ağla mənimçün bu gecə.

    Soyuğam, öpmə üzümdən dodağın xəstələnər,
    Gəl dəyiş yorğanı torpaqla mənimçün bu gecə.

    Əcəl almış məni ağuşuna, yox fərqi daha,
    Qoca dünyanın oyuncaqla mənimçün bu gecə.

    Qəmi təklikdə yedin hər gecə məndən gizlin,
    Doymusansa, azacıq saxla mənimçün bu gecə.

    Ağlayıb yolma saçın, yox, eləcə yas saxla
    Səs-səmirsiz dəli olmaqla mənimçün bu gecə.

    Fəhminin ömrü bitir, bir də uzat əllərini
    Son dəfə gözlərimi bağla mənimçün bu gecə.

    Ilqar Fehmi

    Cevap Yaz
  • Xalide Efendiyeva
    Xalide Efendiyeva 09.05.2014 - 10:44

    Əsərləri[redaktə]
    Sənli sözüm gəldi sənə (şeir). 2000
    Ölüm gözəldi, yoxsa sən? (şeir).2001
    Yenə də qəzəllər (şeir). 2005
    İlk sui-qəsd (Çənlibel tülküsü - 1-ci kitab) (roman).2005
    Qarğa yuvası (Çənlibel tülküsü - 2-ci kitab) (roman).2006
    Kölgədə əqrəb (Çənlibel tülküsü - 3-ci kitab) (roman).2007
    Akvarium (roman).2006
    Aktrisa (roman).2005
    Aqvalanq (roman).2008
    Bakı tarixindən kollaj (roman).2007
    Karmen (povest).2005
    Səndən nigaranam (povest). 2009
    Maygülü (povest) 2013

    PYESLƏR

    Axırıncı qatar.2000
    Krupye və Ulduz 2009
    Tut ağacı 2010
    Müsibəti-Fəxrəddin və... 2011
    Son reportaj 2013
    Zümrüd parıltısı 2013
    Şahnamə 2014

    KİNOROMANLAR

    'Pejo 307' - 2008
    Evtanaziya - 2009
    Vampir - 2010
    Filmoqrafiya[redaktə]
    Qaydasız döyüş (film, 2009)] — (serial; ANS)
    Hörümçək toru (film, 2011) — (ÇARX FİLM; Space TV)
    Sirat körpüsü (film, 2007)
    Məcnunlar (film, 2008) — (İTV)
    100 000 AZN (film, 2009) — (tammetrajlı bədii film; İTV)
    Ölüm növbəsi (film, 2009) — (tammmetrajlı bədii film. dövlət sifarişi)
    Aktrisa (film, 2011)(tammetrajlı bədii film. dövlət sifarişi)
    Çaqqal nəfəsi (film, 2012) — (çoxseriyalı bədii film; Kaspi Global)
    Dərvişin qeydləri (film, 2013) — (tammmetrajlı bədii film. dövlət sifarişi)
    Axirinci dayanacaq (film, 2013) — (tammmetrajlı bədii film; dövlət sifarişi)

    Cevap Yaz
  • Xalide Efendiyeva
    Xalide Efendiyeva 09.05.2014 - 10:41

    Həyatı
    İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. 8 kitabı dərc edilib, 2002-ci ildə 'Axırıncı qatar' ('İtlər') pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, 'Ölüm növbəsi' (2009, rejissor Fikrət Əliyev), 'Aktrisa' (2010, rejissor Rövşən İsax), 'Dərvişin qeydləri' (2011-2012, rejissor Eldar Quliyev) və başqa ssenariləri dövlət sifarişiylə ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin 'İlin ən yaxşı gənc şairi' mükafatına, 2007-ci ildə 'Rəsul Rza' ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə 'Bakı tarixindən kollaj' əsərinə görə 'Humay' mükafatına layiq görülüb.

    Onun romanı əsasında çəkilən 'Aktrisa' filmi 2011-ci ildə Kann kimofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.

    Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.

    Hazırda Azərbaycan Yazıçılar Birliyinin tərcümə seksiyasının rəhbəri və 'Ulduz' jurnalının baş redaktor müavinidir.

    Cevap Yaz
  • Muharrem Soyek
    Muharrem Soyek 09.05.2014 - 10:39

    Selamlar. Şair dilini susturmuş şiiriyle konuşuyor. Güzel söz olmuş şiiri; güzel sözün gözleyen ruhların duasına affola günahları.

    Cevap Yaz
  • Mustafa Nuri İnanç
    Mustafa Nuri İnanç 09.05.2014 - 09:58

    güzel ve anlamlı,üstadı kutlarım.eyvallah

    Cevap Yaz
  • Mehmet Saygılı
    Mehmet Saygılı 09.05.2014 - 09:51

    bir sözün, hemde güzel bir sözün insan hayatındaki etkilerinin ne kadar önemli olduğunu bir kez daha hatırlamış olduk. o söz , rabbi tarafından ey kulum affettim seni olursa, işte o zaman dünyada onun olur. ahirette onun olur.

    Cevap Yaz
  • Perihan Pehlivan
    Perihan Pehlivan 09.05.2014 - 09:10

    güzel bir azeri türküsü olur

    Cevap Yaz

Bu şiir ile ilgili 11 tane yorum bulunmakta