Bir Söz
Bir söz de mene, ey gözü yaşlım, nese bir söz,
Qelbimden axan qanımı belke kese bir söz
.
Dondurma meni, istemirem ruhum içinde,
Her gün üşüyüb titreye bir söz, ese bir söz.
Bezdirdi sükut, çal üreyin penceresin ki,
Taqqıltı eşitcek çıxa belke sese, bir söz.
“Gel” söylediler ruha, gelib girdi bu cisme
Yoxdur geri yol, saldı onu м ehbese bir söz.
Susma, de o bir kelme sözü, qoy gece yarı
Titrek bir işıq tek başım üste ese bir söz.
Sen Fehmini susmaqda gunahkarmı sanırsan?
Senden ne qebahetdi eger gözlese bir söz?
Kayıt Tarihi : 6.5.2014 14:29:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![İlqar Fehmi](https://www.antoloji.com/i/siir/2014/05/06/bir-soz-40.jpg)
Mən ki zülmət gecələrdə azıb itmiş kimiyəm,
Öz yanımdan da gözüm görməyib ötmüş kimiyəm
Necə dərin yara vursan da mənə ağrısı yox,
Yaramı özgə öpüşlərlə keyitmiş kimiyəm,
Demə buzdur ürəyin, məndə ürəkdən yox əsər,
Onu bir isti xəyanətdə əritmiş kimiyəm.
Nəfəsimdə daha əvvəlki odu axtarma,
Baxma yanındayam, amma elə getmiş kimiyəm.
Əbədi musiqi yox, mən də sənin ömründə
Qəmli bir mahnı idim ki daha bitmiş kimiyəm.
Olduğundan ki böyük zənn eləmişdim səni mən,
Ondan ötrü sənə dünyanı dar etmiş kimiyəm.
Söyləmə dərdini Fəhmi, bilirəm hər şeyi mən
Deməmişdən elə zənn eylə eşitmiş kimiyəm.
Ilqar Fehmi
Dünya qəmini, vaxt ola, çiynimdən atardım,
Getsəydi, bu dünyanı beş-on şeyrə satardım,
Dünyanı beş-on şeyrə satardım
və yatardım.
Səndən qaça bilsəydim əgər, sənsiz həyatı
Əvvəl acı dərman kimi ehmalla dadardım,
Dərman kimi ehmalla dadardım
və udardım.
Bir qırmızı paltarlı qadınçün gecə yarı
Bir qırmızı yanğıyla yuxumdan oyanardım.
Yanğıyla yuxumdan oyanardım
və yanardım.
Son dəfə mənimçün gözünün yaşı axardı,
Göz yaşını son dəfə öpüşlərlə silərdim,
Son dəfə öpüşlərlə silərdim
və ölərdim.
Bir gün səni də yadlara xoşluqla verib mən
Sonra durub ardınca xəcalətlə baxardım,
Ardınca xəcalətlə baxardım
və baxardım.
Ilqar Fehmi
Gedirəm, gözlərimi bağla mənimçün bu gecə
Yoxdu bir ağlayanım, ağla mənimçün bu gecə.
Soyuğam, öpmə üzümdən dodağın xəstələnər,
Gəl dəyiş yorğanı torpaqla mənimçün bu gecə.
Əcəl almış məni ağuşuna, yox fərqi daha,
Qoca dünyanın oyuncaqla mənimçün bu gecə.
Qəmi təklikdə yedin hər gecə məndən gizlin,
Doymusansa, azacıq saxla mənimçün bu gecə.
Ağlayıb yolma saçın, yox, eləcə yas saxla
Səs-səmirsiz dəli olmaqla mənimçün bu gecə.
Fəhminin ömrü bitir, bir də uzat əllərini
Son dəfə gözlərimi bağla mənimçün bu gecə.
Ilqar Fehmi
Sənli sözüm gəldi sənə (şeir). 2000
Ölüm gözəldi, yoxsa sən? (şeir).2001
Yenə də qəzəllər (şeir). 2005
İlk sui-qəsd (Çənlibel tülküsü - 1-ci kitab) (roman).2005
Qarğa yuvası (Çənlibel tülküsü - 2-ci kitab) (roman).2006
Kölgədə əqrəb (Çənlibel tülküsü - 3-ci kitab) (roman).2007
Akvarium (roman).2006
Aktrisa (roman).2005
Aqvalanq (roman).2008
Bakı tarixindən kollaj (roman).2007
Karmen (povest).2005
Səndən nigaranam (povest). 2009
Maygülü (povest) 2013
PYESLƏR
Axırıncı qatar.2000
Krupye və Ulduz 2009
Tut ağacı 2010
Müsibəti-Fəxrəddin və... 2011
Son reportaj 2013
Zümrüd parıltısı 2013
Şahnamə 2014
KİNOROMANLAR
'Pejo 307' - 2008
Evtanaziya - 2009
Vampir - 2010
Filmoqrafiya[redaktə]
Qaydasız döyüş (film, 2009)] — (serial; ANS)
Hörümçək toru (film, 2011) — (ÇARX FİLM; Space TV)
Sirat körpüsü (film, 2007)
Məcnunlar (film, 2008) — (İTV)
100 000 AZN (film, 2009) — (tammetrajlı bədii film; İTV)
Ölüm növbəsi (film, 2009) — (tammmetrajlı bədii film. dövlət sifarişi)
Aktrisa (film, 2011)(tammetrajlı bədii film. dövlət sifarişi)
Çaqqal nəfəsi (film, 2012) — (çoxseriyalı bədii film; Kaspi Global)
Dərvişin qeydləri (film, 2013) — (tammmetrajlı bədii film. dövlət sifarişi)
Axirinci dayanacaq (film, 2013) — (tammmetrajlı bədii film; dövlət sifarişi)
TÜM YORUMLAR (11)