Bir söylə, hardasan ay qaragözlüm,
Qayıt. Gözlərimin yaşını sil də.
Bəlkə də dardasan ay şirinsözlüm,
Qayıt, sevdiyinin qədrini bil də.
Şux gümanım şən ümidlə baş-başa,
Bir-birini qucaqlayıb durublar.
Yaman qarışıbdır gözdə yaş-yaşa,
Ürəkləri ocaqlayıb durubdur.
Qayıdıb da su səp yanan ocağa,
Od-alovun bəlkə hovu alına.
Xatirələr sığınıbdır bucağa
Kim çıxıbdır xatirələr ovuna?
Yazıq ürək köklənibdir qəm ilə,
Zaman-zaman çözülübdür yaddaşı.
Ala gözüm yüklənibdir nəm ilə,
Əllərimdən üzülübdür yad daşı.
Kim deyir ki zaman yara sarıyır,
Vaxt ötdükcə çiliklənir arzular.
Sahibi tək qocalıb da qarıyır,
Milyon yerə diliklənir arzular.
Kayıt Tarihi : 5.8.2023 16:03:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2023/08/05/bir-soyle-hardasan.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!