Göy üzü yenə də tutulub nədən,
Dağılmır dumanım, dağılmır çənim.
Göz yaşı , nisgili qəlbi göynədən,
Bir sevda ağlayır içimdə mənim.
Göyə bülənd olub amanım, ahım
Naləm olacaqmı kiməsə qənim.
Açılmaz olubdur nurlu sabahım,
Bir sevda ağlayır içimdə mənim.
Yəqin taleyimə deyilmiş qısmət,
Bir vaxt bülbül kimi bağda ötənim.
Soldurdu gül təki nakam məhəbbət,
Bir sevda ağlayır içimdə mənim.
Bir sevda ağlayır kədərli ,qəmli
Bir zaman xoş anlı, bir vaxt xoş dəmli.
Hey baxır üzümə gözləri nəmli,
Bir sevda ağlayır içimdə mənim.
Sevincin sevdası yetmədi başa,
Dəydi eşq gəmisi qayaya,daşa.
Yaşa ey məhəbbət , əbədi yaşa,
Bir sevda ağlayır içimdə mənim.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:17:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/bir-sevda-aglayir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!