Çevirib üzünü dənizə sarı,
Bir qız ağlayırdı sədasız, səssiz.
Xəyanət etmişdi vəfasız yarı
.Qalmışdı dünyada tənha, kimsəsiz.
Sulara qarışır onun göz yaşı,
Dəniz əsirgəməz sığal-tumarı.
Xəzər əbədilik könül sirdaşı,
Dalğalar təmizlər dərdi-qubarı.
Nə vaxtsa unudub olub-keçəni,
Sən də fərəhlənib gülümsəyərsən.
Min dəfə yorarsan ensiz küçəni,
Təzə aşiqindən gül gözləyərsən.
11.11.2017
Kayıt Tarihi : 29.4.2018 16:52:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/29/bir-qiz-aglayirdi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!