Bu qadın yerə
Çöküb ağlayır.
Gözündən yaşı
Töküb ağlayır.
Geri boylanıb
Keçmişi anır.
Dünyadan vaxtsız
Köçmüşü anır.
Ağlayır qadın,
Hey dayanmadan
Susmuş vicdanı,
Gec oyanmada.
Sevə bilmədi
Onu sevəni.
Onun sevdiyi
Sevdi özgəni.
Başqasınaca
Getdi,”yar” oldu.
Elə bildilər
Bəxtiyar oldu.
Dərdi bir idi,
Artıb min oldu.
Ürəyindəki
Nifrət, kin oldu.
Xatirələri
Öyüb öldürdü.
Məhəbbətini
Döyüb öldürdü.
Günahkardımı
Bu qatil qadın.
Haqqa kardımı,
Yaddaşı-yadı.
Qəlbində kədər
Bəsləyən qadın.
Dünyanı qəmə
Səsləyən qadın.
Nədən könlündə
Bunca iztirab?
Qəlbin acıya
Gətirərmi tab?
Çətin ürəyin
Saat tək vura.
Dayanar qəfil
Əbədi durar.
O zaman rahat
Olarsan sən də.
Ruhlar qovuşar
Şehli çəməndə.
06.02.2018
Kayıt Tarihi : 30.4.2018 07:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!