Ulduzlar səmanı hey gümüşləyib,
Bütün yer üzünü göy gülüşləyib.
Soyuq iliyinə elə işləyib
Bu payız ağlayır bahardan ötrü.
Gah yoldan ötənə təbəssüm satır,
Gah da ki kədərin qoynunda yatır.
Elə qüssələnir, qan-tərə batır,
Bu payız ağlayır bahardan ötrü.
Çiskini leysana dəyişib artıq,
Batan günəş ilə deyişib artıq
Dünyanın özüylə döyüşüb artıq,
Bu payız ağlayır bahardan ötrü.
Kayıt Tarihi : 21.3.2019 14:32:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!