Bir kız vardı uzakda Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3650

ŞİİR


27

TAKİPÇİ

Bir kız vardı uzakda

Bir qız vardı uzaqda,
Saçları sarışındı.
Aya tərəf baxmırdı,
Günəşlə yarışırdı.

Bir qız deyirəm sənə,
Gözləri yamyaşıldı.
Görəni qərq edərdi,
Möcüzəvi işıltı.

O qızın baxışları,
Alardı səni səndən.
Min bir ətir yığardı,
Gül-çiçəkli çəməndən.

Bir qız vardı uzaqda.
Qızların qızılıydı.
Nurlu bəxti, qisməti,
Alnına yazılıydı.

Bir qız vardı uzaqda,
Gözəllərin gözüydü.
Cavanların , gənclərin
Söhbətiydi,sözüydü.

Bir qız vardı uzaqda,
Yanağı dağ laləsi.
Gülüşləri şaqraqdı,
Sanki dağ şəlaləsi.

Bir qız vardı uzaqda,
Eh, hanı o qız, hanı.
Əzizim, sən Sevinci
Şeirlərindən tanı.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 06:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!